Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 2105” markalı minik avtomobili toqquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində yük avtomobilinin sürücüsü ilə minik avtomobilinin sürücü və sərnişini ölüb.
***
09:20
Beyləqan rayonunda yük avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmamverdilər körpüsü adlanan yerdə baş verib.
Nəticədə 3 nəfər ölüb.
***
09:15
Beyləqan rayonunda yük avtomobili aşıb, sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü idarəetməni itirib, nəticədə avtomobil körpüdən dəmir yolu xəttinin üzərinə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.