Birxeber.az / Baş nazirin müavini: "Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir"

Baş nazirin müavini: "Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir"

24-04-2024, 11:40

Rusiyanın Başqırdıstan Respublikası Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir.

“Birxeber.Az” xəbər verir ki, bunu Başqırdıstan Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda deyib.

“Buraya uzunmüddətli əməkdaşlıq ümidi ilə gəlmişik ki, Başqırdıstan və Azərbaycanın işgüzar dairələri bir-birilə əlaqələr qura bilsinlər. Bu, ikitərəfli yoldur. Başqırdıstan məhsullarını Azərbaycana ixrac etməyə və respublikamızda istehsal olunmayan malların Başqırdıstana idxalını təşkil etməyə hazırıq”, - o vurğulayıb.

Geri qayıt