Birxeber.az / Bakıda avtomobillə moped toqquşub, ölən var

Bakıda avtomobillə moped toqquşub, ölən var

24-04-2024, 09:50

Bakıda avtomobillə moped toqquşub.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb.

Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Geri qayıt