Birxeber.az / KİV: İngiltərə çempionatının iki futbolçusu zorakılıqda şübhəli bilinərək saxlanılıb

KİV: İngiltərə çempionatının iki futbolçusu zorakılıqda şübhəli bilinərək saxlanılıb

24-04-2024, 05:40

İngiltərə çempionatının klublarından birində çıxış edən iki futbolçu zorakılıqda şübhəli bilinərək saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb.

Mənbənin sözlərinə görə, ehtimal olunan cinayət aprelin 19-da axşam saatlarında baş verib.

Hər iki futbolçunun 19 yaşında olduğu və onların klublarının stadionunun yaxınlığında saxlanıldığı bildirilir. Polis futbolçuların ifadə verdiyini təsdiqləyib və istintaqa qədər zaminə buraxılıb.

Geri qayıt