Birxeber.az / Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib

Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib

30-01-2024, 05:50

İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.

APA xəbər verir ki, bu barədə Mask "X" hesabında paylaşım edib.

"İlk şəxsə dünən "Neuralink"in çipi qoyuldu. Proses yaxşı gedir", - deyə qeyd olunub.

Milyarder əlavə edib ki, "Neuralink"in ilk məhsulu Telepatiya adlanır.

O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

"Neuralink" startapı Musk tərəfindən 2016-cı ilin iyulunda yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır.

Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

Geri qayıt