Birxeber.az / Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi ilə bağlı razılığa gəliblər

Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi ilə bağlı razılığa gəliblər

30-01-2024, 03:40

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının ilkin təklifi ilə bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Belçikanın Aİ-dəki missiyası “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Aİ səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər", - məlumatda qeyd edilib.

Geri qayıt