Birxeber.az / Şərqi Türküstanda güclü zəlzələ olub

Şərqi Türküstanda güclü zəlzələ olub

30-01-2024, 03:40

Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Verilənlərə görə, yeraltı təkanların episentri Çinin Ağsu qəzasından 125 km qərbdə, Qazaxıstanın Almatı şəhərindən isə 276 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.

Geri qayıt