Birxeber.az / İngiltərə klubu tanınmış baş məşqçi ilə müqavilənin müddətini uzadıb

İngiltərə klubu tanınmış baş məşqçi ilə müqavilənin müddətini uzadıb

23-04-2024, 15:40

İngiltərənin "Aston Villa" klubu baş məşqçisi Unay Emeri ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Onun yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Daha əvvəl "Barselona" və "Bavariya"nın mütəxəssislə maraqlandığı bildirilib.

Qeyd edək ki, Unay Emeri 2022-ci ildən "Aston Villa"da işləyir.

Geri qayıt