Birxeber.az / Fransada fermerlər supermarketlərin anbarını yandırıblar

Fransada fermerlər supermarketlərin anbarını yandırıblar

30-01-2024, 01:50

Fransanın cənubundakı Nim şəhəri yaxınlığında fermerlərin keçiridiyi etiraz aksiyaları zamanı "Lidl" supermarketinin anbarı yandırılıb.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, yanğın Nimdən traktorlarla gələn onlarla naməlum şəxs tərəfindən törədilib.

Sen-Sezer kommunasında yerləşən "Auchan" mağazasının anbarına 40-a yaxın traktor gəlib. Onlar anbarın girişinə tökülən təkərləri, ot və peyinləri yandırıblar.

Geri qayıt