Birxeber.az / Türkiyə Superliqası: “Qalatasaray” qələbə qazanıb, “Trabzonspor” isə öz meydanında uduzub

Türkiyə Superliqası: “Qalatasaray” qələbə qazanıb, “Trabzonspor” isə öz meydanında uduzub

30-01-2024, 00:40

Futbol üzrə Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.

"İstanbulspor" "Samsunspor"la, "Kayserispor" "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Qalatasaray" öz meydanında "Qaziantep"i çətinliklə məğlub edib - 2:1. "Trabzonspor" isə evdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.

Geri qayıt