Birxeber.az / Şoyqu: Ukrayna ordusunun itkiləri təxminən 500 minə çatıb

Şoyqu: Ukrayna ordusunun itkiləri təxminən 500 minə çatıb

23-04-2024, 14:40

Müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin (SQ) itkiləri artıq yarım milyona çatıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

S.Şoyqu qeyd edib ki, 2024-cü ildə yeni nəsil “S-500” zenit-raket kompleksinin ilk nümunələri qoşunlara daxil olacaq: “Hərbçilər onları iki modifikasiyada alacaqlar: uzaqmənzilli zenit-raket kompleksləri və raketdən müdafiə sistemləri”.

Geri qayıt