Birxeber.az / Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb

Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb

23-04-2024, 13:40

Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Avropada araşdırmalara görə vətəndaş nikahı azalsa da, Azərbaycanda getdikcə artır: “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.

Geri qayıt