Birxeber.az / Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

23-04-2024, 12:40

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb:

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

Had the honour to present the invitation letter of the President of Azerbaijan H.E. Mr. Ilham Aliyev addressed to the President of Ukraine H.E. Mr. Volodymyr Zelenskyy for COP29 in Baku at the meeting with H.E. Mr. Andrii Sybiha, First Deputy Foreign Minister of Ukraine. pic.twitter.com/UQkzp9Q7YS

— Seymur Mardaliyev (@SMardaliyev) April 23, 2024
Geri qayıt