Birxeber.az / MDB-yə üzv ölkələrin fond birjalarının yeni strateji planı qəbul edilib

MDB-yə üzv ölkələrin fond birjalarının yeni strateji planı qəbul edilib

23-04-2024, 10:50

Aprelin 18-də Daşkənd şəhərində MDB-nin üzvü olan ölkələrin Beynəlxalq Birjalar Assosiasiyasının yığıncağı keçirilib.

"Birxeber.Az-Economics" xəbər verir ki, yığıncaqda “Bakı Fond Birjası”nın nümayəndə heyəti də iştirak edib. Görüş zamanı assosiasiyaya üzv olan birjaların hesabatlılıqları və təşkilatı məsələləri müzakirə edilib, Audit Komitəsinin strukturuna dəyişikliklər edilib. Nəticə etibarilə, üzv olan birjalar yeni strateji planları qəbul ediblər.

BFB-nin nümayəndə heyəti həmçinin, “Toshkent” Respublika Fond Birjasının nümayəndələri ilə görüşdə regional birjalar tərəfindən istifadə edilən müxtəlif ticarət sistemlərinin icmalı, Bakı Fond Birjasının yeni ticarət platformasına keçid təcrübəsi və hər iki birjalar arasında daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Geri qayıt