Birxeber.az / DİN: Zabratda VIII sinif şagirdinin döyülməsi ilə bağlı məsələ araşdırılır - YENİLƏNİB

DİN: Zabratda VIII sinif şagirdinin döyülməsi ilə bağlı məsələ araşdırılır - YENİLƏNİB

29-01-2024, 21:50

Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.

***

Saat 18:40

Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin VIII sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Bu barədə APA-ya məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.

Geri qayıt