Birxeber.az / Ağstafada qəza olub, xəsarət alan var

Ağstafada qəza olub, xəsarət alan var

23-04-2024, 08:50

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd ərazisində baş verən avtoqəza zamanı 1997-ci il təvəllüldü Ç.İsayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt