Birxeber.az / Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

29-01-2024, 21:40

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentə seçilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü olan Nigar Arpadarai, həmçinin Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.

O, Milli Məclisin deputatı seçilənə qədər 2016-cı ildən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri və Formula-1 Azərbaycan Qran-Prisinin rəsmi sözçüsü olub. N.Arpadarai Azərbaycan Milli Antidopinq Agentliyinin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, Bakı Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələri alıb.

Nigar Arpadarai has been appointed as UN Climate Change High-Level Champion for #COP29 Azerbaijan.

https://t.co/HOxEibeF4Z pic.twitter.com/zBjMUdbDEz

— COP29 AZ (@COP29_AZ) January 29, 2024
Geri qayıt