Birxeber.az / Malayziya Senatının sədri Azərbaycana səfər edəcək

Malayziya Senatının sədri Azərbaycana səfər edəcək

22-04-2024, 15:40

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Bunu "Report"a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Geri qayıt