Birxeber.az / Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

22-04-2024, 14:40

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Bunu "Report"a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Geri qayıt