Birxeber.az / Kiyevdə yolun çökməsi qəzaya səbəb olub, ölənlər var

Kiyevdə yolun çökməsi qəzaya səbəb olub, ölənlər var

22-04-2024, 12:50

Kiyev vilayətində yolun çökməsi ağır qəzaya səbəb olub.

Birxeber.Az xəbər verir ki, hadisə nəticəsində İvankov-Radomışl avtomobil yolunda insanları kənddən işə aparan mikroavtobus uçuruma düşüb. Mikroavtobusda 9 sərnişin olub. Onlardan 2-si ölüb, 7 nəfər isə ağır yaralanıb.

Hazırda polis araşdırma aparır.

Geri qayıt