Birxeber.az / Erməni istehkamçıları Aşağı Əskipara kəndi yaxınlığında mina təmizləmə işlərinə başlayıblar

Erməni istehkamçıları Aşağı Əskipara kəndi yaxınlığında mina təmizləmə işlərinə başlayıblar

22-04-2024, 12:40

Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.

Geri qayıt