Birxeber.az / Polşada qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb

Polşada qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb

29-01-2024, 19:40

Polşada Gürcüstanın iki vətəndaşı Vrotslav şəhərinin 21 yaşlı sakinini qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 27-də səhər saat 5-də Polşanın Vrotslav şəhərində baş verib. Qətldən əvvəl gənclər arasında dava olub. Şübhəlilərdən birinin 23 yaşı var.

Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.

Geri qayıt