Birxeber.az / Lazar Komanesku: "Azərbaycana gələn turistlər buradan məmnun ayrılır"

Lazar Komanesku: "Azərbaycana gələn turistlər buradan məmnun ayrılır"

22-04-2024, 11:40

Azərbaycana səfər edən turistlər buradan məmnun ayrılır.

"Birxeber.Az" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda turizm sektoru hər il daha da inkişaf edir: "Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirə layiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək".

Geri qayıt