Birxeber.az / Baş katib: Azərbaycan QDİƏT-in məqsədləri üçün mühüm rol oynayır

Baş katib: Azərbaycan QDİƏT-in məqsədləri üçün mühüm rol oynayır

22-04-2024, 10:50

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) məqsəd və vəzifələrinin həyata keçirilməsində mühüm rol oynayır.

"Apa-Economics" xəbər verir ki, bunu QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə təşkilatın baş katibi Lazar Komanesku deyib.

O, qeyd edib ki, turizm regionun inkişafı üçün hərəkətverici qüvvədir.

“Bu görüş QDİƏT çərçivəsində turizm təhsili üzrə ilk belə tədbir idi. Tədbirin Bakıda təşkili və keçirilməsi Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verdiyinin bir daha sübutudur".

Əşrəf Mehdiyev

Geri qayıt