Birxeber.az / Türkiyədə mikroavtobus aşıb, 3 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyədə mikroavtobus aşıb, 3 nəfər ölüb, 18 nəfər yaralanıb

22-04-2024, 10:40

Türkiyənin Adana şəhərində mikroavtobus aşıb.

“Birxeber.Az” “Star”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xəsarət alanlardan 7-si uşaqdır.

Məlumata görə, avtomobil aşandan sonra yanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Geri qayıt