Birxeber.az / İraqdakı ABŞ hərbi bazasına 20 raket atılıb, xəsarət alanalar var - YENİLƏNİB

İraqdakı ABŞ hərbi bazasına 20 raket atılıb, xəsarət alanalar var - YENİLƏNİB

20-01-2024, 23:50

ABŞ-nin İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Baghdad Today” portalı məlumat yayıb.

Raket hücumu zamanı bir neçə İraq əsgəri, eləcə də bazanın texniki xidmət briqadasında olan iki amerikalı yaralanıb.

Öz növbəsində İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul 29-cu briqadanın qərargah binasına ziyan dəydiyini deyib.

***

Saat 21:57

ABŞ-nin İraqın qərbində yerləşən hərbi bazası növbəti raket hücumuna məruz qalıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Aviabazaya 20-dən çox raket atılıb

Hücuma görə məsuliyyəti Livan "Hizbullah" hərəkatının və İraqın "Əl-Nucəbə" hərəkatının silahlılarının üzərinə götürdüyü bildirilir.

Geri qayıt