Birxeber.az / İsrail XİN BMT-nin nümayəndəliyi ilə bütün görüşləri ləğv edib

İsrail XİN BMT-nin nümayəndəliyi ilə bütün görüşləri ləğv edib

29-01-2024, 19:40

İsrailin Xarici İşlər Nazirliyi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib.

“Birxeber.Az” TASSa istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb. İsrael Kats baş komissarın istefasını tələb edib: “Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”.

Bildirilib ki, bir müddət əvvəl Avstriya, Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da daxil olmaqla bir neçə ölkə təşkilatın bəzi əməkdaşlarının HƏMAS-la əlaqələrinin olduğuna dair şübhələr fonunda UNRWA-ya maliyyə ayrılmasını dayandırdıqlarını elan ediblər.

Məlumata görə, baş komissar Lazzarini keçən il HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəli olduğu iddia edilən bir neçə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.

Geri qayıt