Birxeber.az / Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb

Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb

22-04-2024, 09:40

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi 84 il sonra antirekordu təkrarlayıb.

"Birxeber.Az"un məlumatına görə, bu, Kataloniya təmsilçisinin La Liqanın XXXII turunda səfərdə "Real"a uduzması nəticəsində (2:3) gerçəkləşib.

O, "El Klasiko"da ardıcıl dördüncü matçda uduzan ikinci mütəxəssis olub. Bundan əvvəlki üç görüşdə paytaxt klubu qələbəyə sevinib - 4:0, 2:1 və 4:1.

Qeyd edək ki, "Barselona" daha əvvəl baş məşqçi Patrik Okonnell ilə 1935-1940-cı illərdə "El Klasiko"da ardıcıl 4 məğlubiyyət alıb.

Geri qayıt