Birxeber.az / İddiaçılar Turniri: Nicat Abbasov 14 oyunda qələbə qazana bilməyib

İddiaçılar Turniri: Nicat Abbasov 14 oyunda qələbə qazana bilməyib

22-04-2024, 04:40

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.

“Birxeber.Az”un məlumatına görə, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.

Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi məğlub olub. 14 oyunun nəticəsinə əsasən, N.Abasov 3,5 xal toplayaraq sonuncu, 8-ci yeri tutub.

Hikaru Nakamura (ABŞ) ilə Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) və Əlireza Firuzca (Fransa) arasında keçirilən görüşlər heç-heçə başa çatıb.

Rusiyalı Yan Nepomnyaşi ilə amerikalı Fabiano Karuana arasında oyun davam edir.

Qeyd edək ki, qadınların yarışında İddiaçılar Turnirinin qalibi Çin şahmatçısı Tan Çjuni olub.

Geri qayıt