Birxeber.az / Meksikada 5,4 bal gücündə zəlzələ baş verib

Meksikada 5,4 bal gücündə zəlzələ baş verib

22-04-2024, 02:50

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Emiliano-Zapata bələdiyyəsindən 147 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

Geri qayıt