Birxeber.az / Gəncədə Özbəkistanın Fəxri konsulluğu fəaliyyətə başlayıb

Gəncədə Özbəkistanın Fəxri konsulluğu fəaliyyətə başlayıb

21-04-2024, 23:40

Özbəkistan Respublikasının Gəncə şəhərində Fəxri konsulluğu fəaliyyətə başlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, konsulluğun açılış mərasimində Gəncə şəhər icra hakimiyyətinin rəsmiləri, Özbəkistan Respublikasının səfirliyinin nümayəndələrini və digər şəxslər iştirak ediblər.

Özbəkistanın fəxri konsulu isə Kənan Cəlilovdur.

Qeyd edək ki, konsulluğun fəaliyyətə başlaması Qərb bölgəsində yaşayan Özbəkistan vətəndaşlarının rəsmi işlərini asanlaşdıracaq.

Geri qayıt