Birxeber.az / Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub

21-04-2024, 21:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub.

“Report” xəbər verir ki, son oyun günü "Araz Naxçıvan" "Səbail"i qəbul edib.

"Liv Bona Dea" arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.

Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyinə şərik olub.

Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: "Turan Tovuz" - "Sumqayıt" - 1:4, "Qarabağ" - "Qəbələ" - 2:2, "Zirə" - "Neftçi" - 3:1, "Kəpəz" - "Sabah" - 1:2.

Geri qayıt