Birxeber.az / Bakıda gənc qız dəm qazından boğularaq ölüb

Bakıda gənc qız dəm qazından boğularaq ölüb

20-01-2024, 23:50

Bakının Sabunçu rayonunda dəm qazından bir nəfər ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Sevinc Ramazanova hamam otağında dəm qazından boğulub. O, xəstəxanaya aparılarkən yolda keçinib.

S.Ramazanovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Geri qayıt