Birxeber.az / Gəncədə yol qəzasında sahibkar ölüb - FOTO

Gəncədə yol qəzasında sahibkar ölüb - FOTO

29-01-2024, 17:50

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "LEXUS "markalı minik avtomobili ilə "Ford tranzit” markalı yük maşını toqquşub.

Qəza zamanı avtomobillərdən biri yoldan keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Ölən şəxsin 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərov olduğu bildirilir. Məlumata görə, S. Xeyirxəbərov Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Geri qayıt