Birxeber.az / "Borussiya" təcrübəli futbolçu ilə müqavilənin müddətini uzatmaq istəyir

"Borussiya" təcrübəli futbolçu ilə müqavilənin müddətini uzatmaq istəyir

20-04-2024, 14:40

Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Mats Hummelslə müqavilənin müddətini uzatmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Dortmund təmsilçisinin rəhbərliyi 35 yaşlı müdafiəçi ilə danışıqlara start verib. Hər iki tərəf sözləşmənin müddətinin artırılmasına müsbət yanaşır.

Qeyd edək ki, Hummels cari mövsüm 34 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq.

Geri qayıt