Birxeber.az / Almaniya İsrailin yenidən Qəzzaya yerləşməsini dəstəkləmir

Almaniya İsrailin yenidən Qəzzaya yerləşməsini dəstəkləmir

29-01-2024, 17:50

Almaniya İsrailin yenidən Qəzzaya yerləşməsini dəstəkləmir.

APA xəbər verir ki, bu barədə Almaniyanın İsraildəki səfiri Steffen Seibert "X" hesabında paylaşımında bildirib.

"Almaniya Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya yenidən mümkün yerləşməsini və Fələstin əhalisinin hər hansı formada köçürülməsi ilə bağlı bütün mülahizələri rədd edir. Bunlar mövcud münaqişəni daha da gərginləşdirir və beynəlxalq hüququ pozur", - diplomat bildirib.

Geri qayıt