Birxeber.az / Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib

Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib

29-01-2024, 17:50

Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

Birxeber.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 26.05.2023-cü il tarixində həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Geri qayıt