Birxeber.az / Rusiyada günahsız şəxsi məsuliyyətə cəlb etmək istəyən erməni müstəntiqə 11 il iş verilib

Rusiyada günahsız şəxsi məsuliyyətə cəlb etmək istəyən erməni müstəntiqə 11 il iş verilib

29-01-2024, 17:50

Moskvanın Zamoskvoretski Məhkəməsi Rusiya İstintaq Komitəsinin keçmiş müstəntiqi Levon Ağacanyanı şəhərdəki biznes mərkəzində baş vermiş atışma ilə bağlı sübutları saxtalaşdırmaqda və günahsız şəxsi cinayət məsuliyyətinə cəlb etməkdə təqsirli bilib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, məhkəmə

Ağacanyan barəsində cəzasını ümumi rejimli koloniyada çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə hökmü verib.

Eyni zamanda məhkəmə Ağacanyandan 7 milyon rubl alınması barədə də qərar çıxararaq qarşı tərəfin mülki iddiasını qismən təmin edib.

Məhkəmənin hökmü ilə Ağacanyan ədliyyə mayoru rütbəsindən məhrum edilib.

Geri qayıt