Birxeber.az / Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

20-04-2024, 12:40

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

"Birxeber.Az"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq.

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

Geri qayıt