Birxeber.az / Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

20-04-2024, 10:40

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib.

"Birxeber.Az" xəbər verri ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"IEA-in icraçı direktorunun müavini Meri Burs Uorlik ilə “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və COP29 formatında əməkdaşlığa dair səmərəli görüşümüz oldu", - nazir qeyd edib.

Beynəlxalq Enerji Agentliyinin (@IEA) icraçı direktorunun müavini Meri Burs Uorlik ilə “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və #COP29 formatında əməkdaşlığa dair səmərəli görüşümüz oldu. pic.twitter.com/OQ9JDBUtPs

— Parviz Shahbazov (@ParvizShahbazov) April 20, 2024
Geri qayıt