Birxeber.az / Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək

29-01-2024, 17:40

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" - "Qarabağ" matçı FIFA referisi Elçin Məsiyevə tapşırılıb.

“Sumqayıt” – “Neftçi” görüşünü isə Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar

15:00. “Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”

31 yanvar

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Kapital Bank Arena”

Geri qayıt