Birxeber.az / Panamada avtobus qəzaya uğrayıb, 33 nəfər ölüb

Panamada avtobus qəzaya uğrayıb, 33 nəfər ölüb

15-02-2023, 20:00

Panamada 60-dan çox miqrantı daşıyan avtobusun aşması nəticəsində azı 33 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Miqrantların olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.

Panama Prezidenti Laurentino Kortiso tviter hesabında yazıb ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.

Geri qayıt