Birxeber.az / ABŞ İraqa zərbə endirməsi ilə bağlı xəbərləri təkzib edib

ABŞ İraqa zərbə endirməsi ilə bağlı xəbərləri təkzib edib

20-04-2024, 06:40

Amerika Birləşmiş Ştatları ordusunun İraqda hava hücumları təşkil etdiyinə dair yayılan xəbərləri təkzib edib.

“Report”un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“ABŞ-ın bu gün İraqa hava zərbələri endirdiyi barədə xəbərlərdən məlumatlıyıq. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqa hava hücumu həyata keçirməyib”, - bəyanatda deyilir.

Bundan əvvəl bir sıra KİV-lər, o cümlədən “Reuters” mənbələrə istinadən xəbər verib ki, aprelin 19-da axşam saatlarında İranyönlü “Əl-Həşd Əş-Şaabi” yaraqlılarının Bağdaddan 50 km cənubda istifadə etdiyi Kalsu hərbi bazasında partlayışlar baş verib. Qeyd olunub ki, hərbi bazaya hava zərbəsi endirilib.

Geri qayıt