Birxeber.az / Portuqaliyadakı yarışı buraxan Azərbaycan cüdoçusunun durumu yaxşıdır

Portuqaliyadakı yarışı buraxan Azərbaycan cüdoçusunun durumu yaxşıdır

29-01-2024, 17:40

Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-prini buraxan Azərbaycan cüdoçusu Zelim Tçkayevin son durumu müəyyənləşib.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançının səhhəti yaxşıdır. Tçkayevin qrip olduğu üçün yarışı buraxdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi Qran-prini 1 gümüş, 4 bürünc medalla başa vurub.

Geri qayıt