Birxeber.az / Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb

29-01-2024, 17:40

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

Qeyd olunub ki, seçkilərlə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.

Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.

Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim edilməlidirlər.

Geri qayıt