Birxeber.az / Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var

Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var

19-04-2024, 18:50

Cəlilabad rayonunda yol qəzası baş verib.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza köhnə Ələt-Astara magistralında qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.ğ

Geri qayıt