Birxeber.az / Sumqayıtda qanunsuz tikili sökülüb 

Sumqayıtda qanunsuz tikili sökülüb 

19-04-2024, 13:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə "Birxeber.Az"a FHN-dən bildirilib.

Qeyd edilib ki, bu çərçivədə Sumqayıt şəhərinin Yaşma bağları ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Geri qayıt