Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Birxeber.Az"a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıtda ərlə arvad qətlə yetirilib.
"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.
Belə ki, Zərifə adlı qadın və həyat yoldaşı Hakim (soyadları dəqiqləşdirilir - red.) qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.