Birxeber.az / Belqoroda dronla hücum nəticəsində qaz kəməri zədələnib

Belqoroda dronla hücum nəticəsində qaz kəməri zədələnib

29-01-2024, 16:40

Ukrayna Silahlı Qüvvələrinin dron vasitəsi ilə Belqorod vilayətinin Tişanka kəndinə hücumu nəticəsində qaz təchizatı xəttinə ziyan dəyib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, hadisə vilayətin Volokonovsk rayonunun Tişanka kəndində baş verib: “Hücum zamanı xəsarət alan olmayıb, qaz təchizatı xətti və bir minik maşını zədələnib”.

Qubernator bildirib ki, yaxın vaxtlarda hadisənin nəticələri aradan qaldırılacaq.

Geri qayıt