Birxeber.az / “Səbail”in futbolçusunun cəzası açıqlanıb

“Səbail”in futbolçusunun cəzası açıqlanıb

18-04-2024, 13:40

Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb.

“Report” xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.

Buna görə “Səbail”in 3000 manat cərimələnib.

Qeyd edək ki, cəzanın sınaq müddəti 3 ay təyin edilib.

Geri qayıt